Azərbaycan Prezidenti
İlham Əliyev Yaponiyanın ölkəmizdə
yeni təyin olunmuş
səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Səfir Şusuke Vatanabe Yaponiyanın İmperatoru əlahəzrət Akihitonun
salamlarını dövlətimizin
başçısına çatdırdı. Səfir qeyd
etdi ki, əlahəzrət Akihitonun
qəbulunda olarkən
İmperator ölkələrimiz
arasında əlaqələrin
daha da inkişaf
etdirilməsi ilə bağlı istəyini ifadə etmişdir. Səfir Şusuke Vatanabe ölkəmizin təkcə
təbii sərvətlərlə
deyil, insan resursları ilə də zəngin olduğunu vurğuladı.
Prezident İlham
Əliyev səfirin Azərbaycanda fəaliyyəti
dövründə əlaqələrimizin
uğurla inkişaf edəcəyinə əminliyini
bildirdi və ölkələrimiz arasında
münasibətlərin yaxşı
tarixi olduğunu dedi. Azərbaycan ilə Yaponiyanın
müxtəlif sahələrdə
fəal əməkdaşlıq
etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin yaxşı
nəticələr verdiyini
qeyd etdi. İqtisadi əlaqələrimizin daha
da genişlənəcəyinə
ümidvar olduğunu deyən dövlətimizin
başçısı Yaponiya
şirkətləri ilə
əməkdaşlığın səviyyəsindən məmnunluğunu
bildirdi. Siyasi münasibətlərimizin
də çox yaxşı səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bundan sonra da uğurla
inkişaf edəcəyinə
əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Yaponiyanın
İmperatoru əlahəzrət
Akihitonun salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Yaponiyanın İmperatoruna
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 1.