Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

 

Hörmətli Qurbanqulu Məlikquliyeviç!

Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 1.