Prezident Kitabxanası "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər. 7 noyabr 2010" elektron informasiya resursu hazırlamışdır

 

Ölkə ictimaiyyətinin diqqəti qarşıdan gələn parlament seçkilərinə yönəlmişdir.

Seçkiqabağı kampaniya dövründə deputatlığa namizədlərin və seçicilərin faydalanması, seçki qanunvericiliyi istiqamətində əhalinin maarifləndirilməsi, eləcə də bu mühüm ictimai-siyasi hadisənin dövri mətbuatda işıqlandırılmasını ictimaiyyətin diqqətinə çatdırmaq üçün Prezident Kitabxanasında "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: 7 noyabr 2010" adlı elektron informasiya resursu hazırlanmışdır.

Üç fəsildən ibarət olan elektron informasiya resursunun "Rəsmi sənədlər" adlanan birinci fəslinə Milli Məclisə seçkilərlə bağlı Azərbaycan Prezidentinin sərəncamı, KonstitusiyadanSeçki Məcəlləsindən çıxarışlar, seçki dairələrinin siyahısı, Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatları və seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı daxil edilmişdir.

"Biblioqrafik göstəricilər" adlanan ikinci fəslin "Seçkiqabağı təbliğat və hazırlıq işləri" bölməsində kitabxananın fonduna daxil olan təqribən 250 adda qəzet və jurnalda bu mövzuya aid dərc edilən məqalələrin biblioqrafiyası toplanmışdır. Həmin fəslin "Namizədlərin irəli sürülməsi" bölməsində namizədliyi öz təşəbbüsü ilə və yaxud təşəbbüs qrupları, siyasi partiyalarsiyasi partiyalar blokları tərəfindən irəli sürülən şəxslər haqqında dərc edilən məqalələrin biblioqrafiyası, "Namizədlərin qeydiyyatı və platforması" bölməsində MSK tərəfindən qeydə alınmış deputatlığa namizədlər, onların platformaları, seçicilərlə görüşlərinə dair dövri mətbuat materiallarının biblioqrafiyası toplanmışdır.

"Müşahidəçilər" bölməsində Milli Məclisə seçkilərin keçirilməsi dövründə yerlixarici müşahidəçilərin qeydə alınması, "exit-poll" keçirən təşkilatların akkreditasiyası və onların fəaliyyəti haqqında biblioqrafik informasiya öz əksini tapmışdır.

"Seçki xronikası" bölməsində isə cari ilin sentyabrın 7-dən etibarən hər gün dövri mətbuatda dərc olunan, "Məlumat bülletenləri: Azərbaycan Respublikasında seçkilər. 2005-2010" adlanan üçüncü fəsildə 2005-ci ilin yanvarından bugünədək ölkəmizdə keçirilən seçkilərə aid kitabxananın elektron kataloquna daxil edilmiş dövri mətbuat materiallarının biblioqrafiyası toplanmışdır.

İndiyədək 24 buraxılışı hazırlanan bu fəsildə materiallar "Mərkəzi Seçki Komissiyası", "Seçkiqabağı təbliğat və hazırlıq işi", "Namizədlər və onların platforması", "Müşahidəçilər", "Seçkilər və beynəlxalq təcrübə" başlıqları altında qruplaşdırılır.

Kitabxananın www.preslib.az saytında yerləşdirilən elektron informasiya resursu mütəmadi olaraq yenilənir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 3.