Mərakeşdə Azərbaycan mədəniyyəti günləri keçirilir

 

Oktyabrın 26-dan Mərakeş Krallığında Azərbaycan mədəniyyəti günləri başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə nazirin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarından ibarət nümayəndə heyəti Mərakeşə səfər etmişdir.

Noyabrın 1-dək davam edəcək mədəniyyət günləri çərçivəsində konsertlər keçiriləcək, fotosərgi açılacaqdır. Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu, xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcəklər.

Xatırladaq ki, Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin təşkili iki ölkənin hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2008-ci il tarixli sazişə əsasən həyata keçirilir.

Mədəniyyət günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 3.