Mərkəzi Seçki
Komissiyasının iclası keçirilmişdir
Oktyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın oktyabrın 4-ü, 5-i və 6-da keçirilmiş iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra "İnsan naminə" siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər qeydiyyata alınmışdır.
İclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Müraciətlərdən biri əsassız olduğundan təmin edilməmiş, ikisi aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 27 oktyabr.- S. 5.