Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan sənəd imzalanmışdır

 

Oktyabrın 27-də Həştərxanda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi xəritələrinin albomu" imzalanmışdır.

Sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 3.