Şəmkirdə "Antikorta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda elmi konfrans öz işinə başlamışdır

 

Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsinə əsasən oktyabrın 27-də Şəmkirdə "Antikorta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda elmi konfrans öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik Mahmud Kərimov açmış, qədim və orta əsrlər tarixində Azərbaycan şəhərlərinin mühüm istehsal, mədəni, intellektual potensialının cəmləşdiyi və mütərəqqi inkişafını təmin edən mərkəzlər olduğunu diqqətə çatdırmış, xalqımızın zəngin mədəni irsinin, tarixinin üzə çıxarılmasında, yazılmasında, təbliğində bu şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının dərindən araşdırılmasının aktuallığını qeyd etmişdir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülcöhrə Məmmədova, akademik Teymur Bünyadov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək Azərbaycan tarixinin daha dərindən öyrənilməsində bu tədbirin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışlar.

Sonra konfransın plenar iclasında AMEA-nın vitse-prezidenti akademik Nailə Vəlixanlı "Şəmkir orta əsr ərəb mənbələrində", AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova "Azərbaycanın antikorta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri və perspektivləri", Rizvan Bayramov "Azərbaycanın tarixi yaşayış məkanları və onların qorunmasına dair", tarixçı-alim Şahin Fərzəliyev "Şəki XIII əsrin sonu, XIV əsrin əvvəllərində", AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Azərbaycan qədim şəhərlər diyarıdır", tarix elmləri doktorları Ömər Davudov (Dağıstan) "Dağıstanın Alban dövrü yaşayış yerləri", Quram Marxulia (Gürcüstan) "Azərbaycan şəhəri İrəvan və ya tarixi "Erevats", "Ereuni", "Erivan", "Yerevan" Azərbaycana məxsusdur, yoxsa ermənilərə?" mövzularında məruzələrlə çıxış etmişlər.

Günün ikinci yarısında konfrans iştirakçıları orta əsr Şəmkir şəhərinin yerində arxeoloji qazıntılar aparılan əraziyə getmişburada üzə çıxarılan şəhər qalıqları ilə yaxından tanış olmuşlar.

Oktyabrın 28-də konfrans öz işini Şəmkir və Gədəbəydə arxeologiya, tarix və memarlıq bölmələri üzrə davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 7.