Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Klausa

 

Hörmətli cənab Prezident!

Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi xalqınızı öz adımdan Azərbaycan xalqı adından təbrik edirəm.

Bu gün Azərbaycan ilə Çexiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız üçün böyük imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh firavanlıq arzulayıram.

 

 

Hörmətlə,

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 oktyabr.- S. 1.