Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü

 

Oktyabrın 28-də Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Azərbaycan Prezidentinin Kiyevə hazırkı səfərinin və səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirildi. Azərbaycan ilə Ukrayna arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu qeyd edildi.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 1.