Birgə mətbuat konfransı

 

Oktyabrın 28-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.

 

Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı

 

- Çox hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

İndicə biz Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclasını yekunlaşdırdıq. Bundan əvvəl bizim birgə komissiya böyük aparmış, bugünkü iclas üçün müvafiq protokol hazırlamışdır. Təbii ki, qarşıda bir məqsəd vardı - bu iclası mənalı keçirmək.

Bizim ikitərəfli münasibətlərin uzun illər ərzində əsası qoyulmuş ənənələri davam edirİlham Heydər oğlu ilə bir-birimizi çoxdan və yaxşı tanıyırıq. Biz razılaşdıq ki, Ukrayna-Azərbaycan münasibətlərini xeyli fəallaşdıracaq və onlara məna kəsb etdirəcəyik. Biz səmərəli əməkdaşlığımıza, milli mənafelərimizə uyğun olan məsələlərin siyahısını xeyli genişləndirmişik. Bunlar ticari-iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarda birgə məsələləri və əlbəttə, Ukrayna və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən humanitar əlaqələrin geniş spektridir.

Mən ticari-iqtisadi münasibətlərimizdə yanacaq-energetika sahəsində münasibətlərin inkişaf etdirilməsi məsələsinə xüsusi yer ayırardım. Biz razılığa gəldik ki, birgə işçi qrupu yaradaq. Bu qrup ölkələrimiz arasında strateji müqavilə hazırlayacaqdır. Həmin müqavilədə Azərbaycandan Ukraynaya enerji resursları satışının həcminin xeyli artırılması nəzərdə tutulacaqdır. Biz bu proqramın işləmə mexanizmlərini hazırlayacağıq. Bu əməkdaşlığın üçüncü ölkələrə, məsələn Rusiyaya, Xəzəryanı ölkələrə də şamil olunacağını istisna etmirik.

Bu gün enerji ehtiyatlarının şaxələndirilməsi məsələsi çox kəskin şəkildə gündəmdədir. Hesab edirik ki, Azərbaycanın neftqaz hasilatını artırmaq üçün çox böyük perspektivi vardır və biz dostlarımıza arzu edirik ki, onlar bu perspektivi mümkün qədər tez genişləndirsinlər.

Elm tutumlu texnologiyalar sahəsində əməkdaşlıq da hazırda gündəmdə olan məsələlərdən biridirbiz belə hesab edirik ki, onun inkişafı üçün böyük perspektiv vardır. Bir sözlə, mən demək istəyirəm ki, 2010-cu il artıq başa çatmaqdadır və biz inamla deyə bilərik ki, ölkələrimiz arasında əmtəə dövriyyəsini faizlərlə deyil, dəfələrlə artıracağıq və bu, bizim ikitərəfli işimizin nəticəsidir. Bizim vəzifəmiz bununla kifayətlənməmək və qarşılıqlı faydalı olan bu işi davam etdirməkdir. Hazırda Ukrayna Azərbaycanın ticarət tərəfdaşı kimi ikinci yeri tutur. Əlbəttə, biz bu nəticəni yaxşılaşdırmaq istəyirik. Ona görə də mən böyük məmnuniyyətlə demək istəyirəm ki, biz perspektivə inanırıq və ona nail olacağıq.

 

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 2.