Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə

 

Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Dostqardaş Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə SiziSizin simanızda bütün türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Türkiyə hərtərəfli inkişaf yolu tutaraq dünya miqyasında böyük nüfuza malik qüdrətli bir dövlətə çevrilmişdir. Biz Türkiyənin uğurlarına, yüksəlişinə sevinir, bundan hədsiz qürur duyuruq.

Gücünü tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən alan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dövlətlərarası münasibətlərimizin məzmununda və ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər sarsılmaz strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, ulu əcdadlarımızdan miras qalmış dostluq və qardaşlıq duyğularımız, xalqlarımızın xoşfiravan yaşayışı ölkələrimizin çiçəklənməsi naminə birgə səylərimizə daim təkan verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dostqardaş türk xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-29  oktyabr.- S. 1.