Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Baş nazir!

Əziz qardaşım!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və bütün türk xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın yekdil iradəsinin bariz ifadəsidir. Əminəm ki, qarşılıqlı inam, etibar və dəstəyin parlaq mücəssəməsi olan münasibətlərimiz müttəfiqliyimizin və həmrəyliyimizin rəhni olaraq daim yaşayacaq və xalqlarımızın rifahına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir.

Bu bayram günündə sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-29 oktyabr.- S. 1.