Azərbaycan-Rusiya əlaqələri intensiv
inkişaf edir
Oktyabrın 28-də Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət
Duması və Federasiya Şurasının
üzvləri ilə görüşmüşdür. Rusiya qanunvericilik
orqanının təmsilçilərini
Azərbaycanda görməkdən
məmnunluq ifadə edən Oqtay Əsədov ölkələrimiz
arasında münasibətlərin
dinamik inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, ölkələrarası
münasibətlərin inkişafında
dövlət başçılarının
qarşılıqlı səfərləri
mühüm rol oynayır.
Milli Məclisin Sədri oktyabrın 27-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini
xatırlatdı. Bildirdi ki, elə həmin
gün Həştərxanda
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış
mərasimi olub:
"Bu hadisə Azərbaycan
və Rusiya arasında əlaqələrin
yüksək səviyyədə
inkişafının daha
bir bariz göstəricisidir".
Oqtay Əsədov bildirdi ki, Azərbaycan və Rusiya arasında münasibətlər
daim yüksələn
xətt üzrə inkişaf edir. Bu münasibətlər müxtəlif
sferaları, o cümlədən
iqtisadi, ticarət əlaqələrini özündə
ehtiva edir. Milli Məclisin Sədri qeyd etdi ki, ötən
il özünün
zirvə nöqtəsinə
çatan qlobal maliyyə böhranı şəraitində ölkələrimiz
arasında qarşılıqlı
ticarət dövriyyəsinin
həcmi 1 milyard dollardan çox olub. Hazırda isə bu rəqəm 2 milyard dolları keçib.
Dövlətlərarası münasibətlərin inkişafında
parlamentlərin də
mühüm rol oynadığını bildirən
Oqtay Əsədov Milli Məclisdə Azərbaycan-Rusiya parlamentlərarası
dostluq qrupunun fəaliyyət göstərdiyini
xatırlatdı. Sədr cari ilin noyabrın 7-də Azərbaycanda
yeni parlament seçkilərinin keçiriləcəyini
də bildirdi. Milli Məclisin Sədri parlament seçkilərinin
demokratik, azad, şəffaf və ədalətli keçirilməsi
üçün bütün
zəruri işlərin
görüldüyünü qeyd etdi.
Rusiya Federasiyası Dövlət
Dumasının Konstitusiya
qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri
Vladimir Pligin ölkələrarası
münasibətlərin intensiv
inkişafının hər
iki dövlətin maraqlarına cavab verdiyini vurğuladı. Azərbaycanda
sürətli tərəqqinin
yaşandığını və ölkənin günü-gündən abadlaşdığını
bildirən Vladimir Pligin
bunun real təsdiqi kimi paytaxt Bakının
simasının qısa
zaman ərzində çox dəyişdiyini qeyd etdi: "Bura möhtəşəm
şəhərdir. Mən
3-4 il əvvəl
Bakıda olmuşdum.
O vaxtdan indiyə qədər şəhər
olduqca dəyişib, gözəlləşib. Siz bu görülən işlərlə
fəxr edə bilərsiniz".
Pligin onu da qeyd
etdi ki, Azərbaycan və Rusiya münasibətlərinin
inkişafında dövlət
başçıları, onların
qarşılıqlı səfərləri
həqiqətən də
mühüm rol oynayır. O, Azərbaycanın
Rusiya ilə, eyni zamanda Rusiyanın
da Azərbaycanla əlaqələrinin daimi
inkişafında maraqlı
olduqlarını bildirdi.
Görüşdə tərəfləri maraqlandıran
digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 3.