Azərbaycan, Rusiya
və Ermənistan prezidentlərinin birgə bəyanatı ilə
bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyi
bəyanat yaymışdır
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatı ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyi bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Fransa oktyabrın 27-də Rusiya Prezidentinin təşəbbüsü ilə prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin birgə bəyanat qəbul etmələrini müsbət qarşılayır və Rusiya dövləti başçısının münaqişənin həlli istiqamətindəki təşəbbüsünü alqışlayır.
Bununla, tərəflər münaqişənin dinc yolla həllinin və atəşkəs rejiminin etimad tədbirləri vasitəsilə möhkəmləndirilməsinin vacibliyini tanıyırlar. İlk addım olaraq tərəflər saxlanılan əsirlərin və cəsədlərin tez bir zamanda dəyişdirilməsinə başlamağı öhdələrinə götürmüşlər.
Ermənistan və Azərbaycanda, o cümlədən bütün regionda sülhün, sabitliyin və inkişafın təmin olunması üçün münaqişəni məhz danışıqlar yolu ilə həll etmək vacibdir. Birləşmiş Ştatlar və Rusiya ilə birgə ATƏT- in Minsk qrupuna həmsədrlik edən ölkə kimi Fransa Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin dinc, ədalətli və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün öz vasitəçilik səylərini əsirgəməyəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 1.