Azərbaycan "MDB-nin iqtisadi liderləri" nominasiyasında birinci yeri tutmuşdur

 

"İnvestisiya mələyi" Beynəlxalq İnvestisiya Mükafatının Ekspert Şurası 2010-cu il üçün "MDB-nin iqtisadi liderləri" nominasiyasında laureatları müəyyən etmişdir. Azərbaycan laureatlar arasında birinci yeri tutmuşdur.

"Ən uğurlu investisiya layihəsi", "Rusiyada ən iri xarici investor", "Ən iri investisiya bankı", "İnvestisiyaların müdafiəsində" nominasiyalarında isə laureatların siyahısı Ekspert Şurasının sonrakı iclaslarında müəyyən ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 1.