Arxeoloji axtarışlar davam edir

 

Bir neçə ildir ki, Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun, Mədəniyyət Turizm Nazirliyinin birgə layihəsi üzrə Şəmkir rayonundakı Qaracəmirli kəndinin yaxınlığında arxeoloji qazıntı işləri aparılır. Burada təqribən 28 hektar sahədə qədim şəhərin qalıqları aşkara çıxarılmışdır.

Ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru T.Dostiyevin sözlərinə görə, ilkin nəticələr göstərir ki, Şəmkir şəhəri dövrün hərbi memarlığının inkişafı səviyyəsinə uyğun olaraq dördbucaqlı plan quruluşuna malik olub: Narınqala, Şəhəristan bir Rabad, yəni Bayır şəhəri. Şəhəristan Narınqala qalın divarlarla əhatə olunmuşdu. İndiki tədqiqatların əsas vəzifələrindən biri Narınqalanın ətrafını qazıntılarla açaraq təmizləmək, onun konstruktiv xüsusiyyətlərini, inşaat texnikası bədii tərtibatı ilə bağlı suallara aydınlıq gətirməkdən ibarətdir.

Axtarış işlərinin gedişi ilə əlaqədar Şəmkir rayonunda "Antik orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi memarlığı" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov açaraq ölkə tarixinin tədqiqi təbliğinə ümumdövlət səviyyəsində göstərilən qayğı diqqətdən danışdı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlının, Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, Memarlıq İnşaat Universitetinin rektoru Gülcöhrə Məmmədovanın məruzələri, akademik Teymur Bünyadovun, memar Rizvan Bayramovun, habelə Dağıstandan Gürcüstandan gələn qonaqların çıxışları dinlənildi.

Sonra qonaqlar orta əsr Şəmkir şəhərinin yerində aparılan arxeoloji qazıntılarla tanış oldular. Ertəsi gün konfrans tarix, arxeologiya memarlıq bölmələri üzrə öz işini Şəmkir Gədəbəy rayonlarında davam etdirdi.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 30 oktyabr.- S. 5.