Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Əlcəzair münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 1.