Beynəlxalq miqyasda inkişafın Azərbaycan modelinə maraq daha böyük sürətlə artır

 

Ölkəmizin göstəriciləri dünya səviyyəsində uğurlu bir nümunə kimi qəbul olunur

 

Son 17 ildə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özüdünya miqyasında Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.

Məhz bu kontekstdə Azərbaycanı beynəlxalq sferada xarakterizə edən başlıca xüsusiyyətlər onun sürətli iqtisadi inkişafı olmaqla yanaşı, həm də həyata keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun formalaşdırılıması üçün gördüyü işlər, vətəndaş cəmiyyətinin davamlı olaraq tərəqqi etməsi, siyasi, fikir plüralizminin daha möhkəm əsaslarla bərqərar olması istiqamətində atdığı konkret addımlardır. Bu gün ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə də sürətli tərəqqi qeydə alınır. Bu da öz növbəsində Azərbaycanın ümumi inkişaf tempinin daha dinamik xarakter daşımasına təkan verməklə bərabər, onun Avratlantik məkana uğurlu inteqrasiya prosesinə öz töhfəsini verməkdədir. Beləliklə də, Azərbaycanın ümumi inkişafda əldə etdiyi möhtəşəm nailiyyətlərin ən ümdə səbəblərindən biri ölkədə siyasi, iqtisadi və digər vacib sahələr üzrə islahatların paralel şəkildə aparılması, bunların birinin digərini tamamlamasıdır. Qeyd edilən inkişaf yolu ümumi nailiyyət göstəriciləri baxımından Azərbaycanın təkcə mövcud olduğu regionda yox, daha böyük coğrafi məkanda lider mövqedən çıxış etməsini şərtləndirən əsas amillərdəndir.

Qarşıdakı dövr ərzində Azərbaycanın inkişaf göstəricilərinin yenə də böyük uğurlarla müşayiət olunacağı proqnozlaşdırılır və bunun üçün ölkədə bütün lazımi bazis formalaşdırılıb. Xüsusən də, iqtisadi sferada Azərbaycanın mövcud potensialı, o cümlədən maliyyə imkanları sözügedən sahə üzrə dinamik tərəqqi tempinin qorunub saxlanmasına geniş imkanlar yaradır. Artıq bu gün Azərbaycanın valyuta ehtiyatlarının miqdarı 28 milyard dolları keçirilin sonuna kimi bu rəqəmin daha bir neçə milyard dollar artacağı gözlənilir. Bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının gələn illər ərzində davamlı inkişafının qorunub saxlanmasına təkan verəcək vacib amillərdən sayılır. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaqancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadisosial problemlər daha da sürətlə həllini tapacaqdır. Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadisosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır".

Azərbaycan iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının da sosial durumuna müsbət təsir göstərməsinə, insanların maddi rifah halının daha da yüksəlməsinə səbəb olmaqdadır. Bu isə sosial problemlərin uğurlu həllindən, Azərbaycanın sürətlə inkişaf etməsindən, həyata keçirilən islahatların səmərəliliyinin yüksək olmasından xəbər verir.

Ölkəmizdə müşahidə olunan dinamik inkişaf, insanların həyat şəraitinin yaxşılaşması beynəlxalq miqyasda da diqqətlə izlənir, təqdir olunur. Bunu Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetində bu günlərdə Azərbaycan haqqında dərc edilmiş xüsusi hesabatda bir daha təsdiqləyir. Hesabatın hazırlanması üçün "The Times" qəzeti tərəfindən "Upper Reach" media agentliyinə sifariş verilibsonuncu Azərbaycanın beynəlxalq əlaqələrinə, iqtisadiyyatına, mədəniyyətinə, turizm sahəsinə həsr edilmiş ayrı-ayrı materiallardan ibarət sənəd hazırlayıb.

Materiallarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi, xarici sərmayədarlar üçün yaradılmış münbit şərait sayəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin, o cümlədən 100-dən artıq Britaniya şirkətinin fəaliyyət göstərdiyi vurğulanır. Azərbaycanın regionda xarici sərmayədarlar üçün əsas ölkəyə çevrildiyinin, son onillikdə iqtisadiyyatın müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində xarici sərmayə yatırılmasının ölkədə yaradılmış əlverişli işgüzar mühitin bariz göstəricisi olduğu bildirilir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycana ən çox investisiya yatıran xarici ölkələrdən biri kimi elə Böyük Britaniyabu ölkəyə məxsus müxtəlif şirkətlər çıxış edir.

Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və bp şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Mərasimdə çıxış edən bp-nin prezidenti Robert Dadli sazişlə bağlı qeyd edib: "Ümid edirəm ki, bizim aparıcı texnologiya və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq".

Onun sözlərinə görə, yeni müqavilə bp-nin Meksika körfəzindəki məlum hadisələrdən sonra nüfuzunun artırılmasına müsbət təsir edəcək: "Meksika körfəzində baş verən son hadisələrdən sonra Azərbaycan dövlətinin bu layihə ilə bağlı bizə göstərdiyi diqqəti yüksək qiymətləndirir, "Şahdəniz" yatağının ikinci fazası üzrə də Azərbaycanla əməkdaşlığa hazır olduğumuzu bildirmək istəyirəm".

Bundan öncə isə "Şəfəq-Asiman" dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən "Sazişin Əsas Prinsipləri" razılaşdırılıb və imzalanıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən, "bp Exploration Caspian Sea" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, ARDNŞ isə qalan 50 faiz paya malikdir. "Şəfəq-Asiman" dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdən bəhs edən Birləmiş Krallığın Avropa məsələləri üzrə naziri Devid Lidinqton burada neft-qaz sahəsində edilən əməkdaşlığın mühüm yer tutduğunu bildirir. Lakin onun sözlərinə görə, enerji resursları ilə yanaşı, qeyri-neft sektorunda da Britaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Cənab Lidinqton burada xüsusilə maliyyə, mühəndislik, alternativ enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində böyük əməkdaşlıq imkanlarının olduğunu qeyd edir. Azərbaycanı Avropa İttifaqına daxil olmayan dövlətlər arasında ən əhəmiyyətli ölkə sayan böyük britaniyalı nazir "Şərq tərəfdaşlığı" proqramının ikitərəfli münasibətlərə təkan verdiyini də vurğulayır. Onun sözlərinə görə, bu proqram çərçivəsində əsas prioriteti ticarət sahəsi tutur: "İqtisadiyyatın gücləndirilməsinə, demokratiyaya da bu tərəfdaşlıqda böyük önəm verilir. Assosiativ razılaşma çərçivəsində Azərbaycana müsbət dəyişikliklərin gətirilməsi də mühüm bir məsələ kimi qəbul olunub". Bütün bunlar bir daha Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələr olduğunu göstərməklə yanaşı, ölkəmizin xarici investisiyalariqtisadi əməkdaşlıq üçün kifayət qədər cəlbedici olduğunu bir daha aydın büruzə verir.

"The Times" qəzetində isə ölkəmizlə bağlı o da qeyd olunur ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyada ilk yerlərdən birini tutur, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər nəticəsində 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Hesabatında 18 pillə irəliləyib.

Hesabatda, həmçinin ölkə iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına baxmayaraq, əsas prioritetin qeyri-neft sektorunun inkişafı elan edildiyi, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə-bank sektorlarının geniş potensiala malik olduğu diqqətə çatdırılır. İqtisadiyyatın şaxələndirilməsinin davam etdirilməsinə yardım məqsədi ilə təsis edilmiş Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu kimi qurumların səmərəli fəaliyyətinə toxunulur.

Hesabatda Azərbaycanın geniş turizm potensialına malik olmasından, son zamanlar artan turist axınından və turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində "Bakı prosesi"ndən bəhs olunur, müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanın bu dialoq prosesində özünəməxsus rol oynadığı bildirilir. "The Times" ölkə iqtisadiyyatının tikinti, telekommunikasiya, hotelçilik kimi sahələrində fəaliyyət göstərən tanınmış yerli şirkətlər haqqında da söz açır.

Bütün bunlar Azərbaycanın inkişaf yolununmalik olduğu potensialın bir daha beynəlxalq miqyasda diqqətlə öyrənildiyini, eyni zamanda, ölkəmizə marağın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 1, 2.