AMEA İqtisadiyyat İnstitutunda "dəyirmi masa" keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda "Azərbaycanda əmək fəaliyyətinin təhlili və qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Məşğulluq İdarəsi ilə birgə keçirilən tədbiri institutun direktoru professor İsa Alıyev açaraq görüşün məqsəd və əhəmiyyətindən danışmışdır.

"Dəyirmi masa"da institutun şöbə müdiri, iqtisad elmləri namizədi Cəlil Quliyevin "Azərbaycanda əmək fəaliyyətinin təhlili və qiymətləndirilməsi" mövzusunda məruzəsi dinlənilmişdir.

ƏƏSMN Baş Məşğulluq İdarəsinin mütəxəssisləri mövzu ətrafında çıxışlar etmiş, sualları cavablandırmışlar.

Tədbirdə AMEA İqtisadiyyat İnstitutu ilə ƏƏSMN arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 31 oktyabr.- S. 7.