"Samur" gömrük buraxılış məntəqəsi istifadəyə verilmişdir

 

 Avqustun 12-də Prezident İlham Əliyev "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına məruzə etdi.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11 min 500 kvadratmetrində binalarqurğular yerləşir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir.

Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir.

Diqqətə çatdırıldı ki, burada ixracidxal gömrük nəzarəti xətləri vardır. Gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilmişdir. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar-karantin, fitosanitarbaytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident İlham Əliyevə məlumat verdi ki, bu ilin 7 ayı ərzində Samur buraxılış məntəqəsindən 73 min 500 avtomobil keçmiş və 430 min ton yük daşınmışdır. Orta hesabla gün ərzində 4 minədək insan bu buraxılış məntəqəsindən istifadə edir.

Dövlət başçısına terminalın təhlükəsizilik kameraları barədə məlumat verildi. Bildirildi ki, Amerika Birləşmiş Ştatlarında istehsal edilən bu kameralar vasitəsilə 30-35 kilometr məsafəni aydın şəkildə müşahidə etmək olur.

Sonra Prezident İlham Əliyev inzibati binanın 1-ci mərtəbəsində yerləşən VİP salonu ilə tanış oldu. Qeyd edildi ki, burada quraşdırılan xüsusi monitor vasitəsilə ölkəyə daxil olan avtomobilləri izləmək mümkündür.

Sərnişin-keçid zalına gələn dövlət başçısına bildirildi ki, burada quraşdırılmış xüsusi cihazlar vasitəsilə sərnişinlərin yüklərini müşahidə etmək mümkündür.

a href="http://www.azerbaijan-news.az/upload/02_prezident-safar-qusar-samur-gomruk-buraxilish-mantagasi.JPG"> Prezident İlham Əliyev binanın 2-ci mərtəbəsindəki xidməti otaqlara da baxdı. Dövlət Sərhəd Xidmətinin sərhəd-keçid məntəqələrindən keçən şəxslər barədə məlumatların toplandığı bazanı əks etdirən monitor barədə dövlət başçısına ətraflı məlumat verildi. Binanın 2-ci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotolardan ibarət stend vardır.

Dövlət başçısı inzibati binanın 3-cü mərtəbəsində Heydər Əliyev muzeyi ilə tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid çoxsaylı fotoşəkillər, kitablar və sənədlər nümayiş etdirilir.

Prezident İlham Əliyev regional və beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi avadanlıqla təchiz edilmiş aktkonfrans zalları ilə tanış oldu. Məntəqədəki istirahət guşəsi də hərtərəfli tərtibatı ilə diqqəti çəkir.

Sonra dövlət başçısı buraxılış məntəqəsinin Rusiya Federasiyası ilə sərhəd hissəsindən keçən körpüdə aparılan yenidənqurma işləri ilə tanış oldu.

Gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 avqust.- S. 2, 3.