Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

 

 Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni gölqar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.

Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaqdır.

Kompleksin ərazisində tennis, futbolbasketbol meydançaları, örtülü idman qurğuları, akvaparkhovuzlar olacaqdır. İstirahətə gələnlərə piyada, at ilə gəzinti və digər xidmətlər təklif ediləcəkdir. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcəkdir. Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaqdır. İsveçrənin "Swiss Town Consult" şirkəti tərəfindən kompleksin inkişafının TurizmTexniki Konsepsiyası hazırlanmış, geoloji işlər aparılmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayninteryer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə ətraflı məlumat verdi. Tikilməkdə olan otelin otaqlarından birinin interyerdizayn elementləri ilə tanış olan dövlət başçısı tərtibat zamanı istifadə ediləcək materialların nümunələrinə baxdı.

Prezident İlham Əliyev aşağı baza, yuxarı baza və işçilərin yaşayacağı binanın tikintisi ilə də tanış oldu. Aşağı bazada qısamüddətli, yuxarı bazada uzunmüddətli qonaqların qalacağı bildirildi. Mərkəzin tikintisində hazırda 3 min işçi çalışır.

Dövlət başçısı İlham Əliyev uca nöqtədən tikinti aparılan ərazini seyr etdi. Kompleksin baş planı və eskiz layihəsinə baxan Prezidentə məlumat verildi ki, hazırda birinci mərhələdə elektrik, suqaz, kanalizasiya, rabitə xətlərinin çəkilməsinə başlanılmışdır. Kompleksin ərazisində lift bazası, restoran, xizək məktəbi daxil olmaqla, 5 ulduzlu 7 mərtəbəli otelin inşası davam edir. Buraz yolları, lift dayanacaqları və xizək enişləri ilə bağlı bir sıra işlər həyata keçirilir. Kompleksə gələn yolun yüksək və müasir standartlar səviyyəsində tikintisi də sürətlə gedir. Ərazidən keçən çayların üzərində yeni müasir körpülər və suötürücü qurğular inşa olunur.

Dövlət başçısı kompleksə gələn yolun salınması və kommunikasiya xətlərinin çəkilməsi, tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-13 avqust.- S. 3.