ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir

 

Avqustun 12-də ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir.

ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə birgə layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına təklif edilən əlavə və düzəlişlər müzakirə olunmuşdur.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qaydalara edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat vermişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirmişdir ki, hər iki qurum bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start vermişdir. Layihə çərçivəsində bu ay iki "dəyirmi masa"nın keçirilməsi nəzərdə tutulmuşdur. Sentyabrın ilk ongünlüyündə isə beynəlxalq ekspertlərin iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.

Tədbirdə jurnalistlərin peşə davranışı qaydalarına dəyişikliklərlə bağlı işçi qrupu yaradılmışdır.

 

 

Azərbaycan.- 2010.- 13 avqust.- S. 3.