Azərbaycanın bölgələri sürətlə inkişaf edir

 

Prezident İlham Əliyevin respublikanın rayonlarına səfəri zamanı bunun bir daha şahidi olduq

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanelmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının son yeddi ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində respublikamız bütün sahələrdə sürətli inkişaf yoluna çıxmışdır. İqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı İlham Əliyev prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri ardıcıl və sistemli surətdə yerinə yetirir.

Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bölgələrin inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi yer ayrılıb. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəlib. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulub.

Bütün bölgələrdə ixrac qabiliyyətli yeni emal müəssisələrinin tikilib istiadəyə verilməsi də azad sahibkarlığın inkişafına yaradılan şəraitin bariz nümunəsidir. Prezident İlham Əliyevin ötən aylarda, eləcə də bu ayın əvvəllərində bölgələrə səfərləri yeni obyektlərin açılışı ilə əlamətdar olmuşdur. Ölkə başçısının iyunun 25-də Lənkəran və Lerik rayonlarına səfəri mühüm sosial, mədəni obyektlərin açılışı ilə yadda qalmışdır. Xatırladaq ki, Lənkəran rayonunda 2003-cü ildən 2010-cu ilin iyununa qədər 14 min 451-i daimi olmaqla 25 min 790 yeni yeri açılmışdır. Lənkərana səfəri çərçivəsində ölkə başçısı Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak etmişdir. Həmin zavod saatda 30 ton məhsul qəbul edə bilir. Müəssisədə şüşə qablar xətti, bütün növ cembal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. Ən müasir xarici avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilmişdir. Zavod tam gücü ilə işləyəndən sonra burada 350 nəfər çalışacaqdır.

Ölkə başçısı Sütəmurdov kəndində çay fabrikinin də açılışında iştirak etmişdir. Fabrikdə tikinti işləri bir ilə başa çatdırılmış və saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. İlkin mərhələdə çay - "İmperial" və "Lənkəran" adları ilə satışa çıxarılacaqdır. Burada 60 nəfər daimi işlə təmin olunacaqdır. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Prezident İlham Əliyev bu səfər çərçivəsində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Lənkəran Regional Boks Təlim Mərkəzinin, "Palmali Holdinq" şirkətlər qrupuna daxil olan "Palfood" MMC-nin dondurma fabrikinin açılışında da iştirak etmiş, burada istehsal olunan məhsul nümunələri ilə tanış olmuşdur.

İyunun 25-də ölkə başçısı Lerik rayonunda da olmuş və Heydər Əliyev Mərkəzinin, Uzunömürlülər Muzeyinin açılışında iştirak etmişdir. Rayon Mərkəzi Xəstəxanasında, Mədəniyyət Evində əsaslı yenidənqurmadan sonra aparılmış işlərlə tanış olmuşdur. Dövlət başçısı bölgələrdə aparılan işlərdən razı qaldığını bildirmişdir: "Ümumiyyətlə, ölkəmizdə işlər yaxşı gedir. İslahatlar aparılır. Azərbaycan uğurla inkişaf edir. Bölgələr inkişaf edir. Regional inkişaf proqramı icra edilirbütün zonaları əhatə edir. Biz bu proqramın növbəti illərdə icrası nəticəsində elan etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadisosial məsələlər həll olunsun. Belə imkanlar vardır və bugünə qədərki işlər, onların uğurla icrası belə deməyə əsas verir.

2004-cü ildə regionların inkişafına böyük təkan verən proqram qəbul edildiicra olundu. Əsas odur ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər son 6 ildə öz həllini tapdı, o cümlədən Lerik rayonunda. Bax, burada görülən işlər, həm infrastruktur, yollar, ondan sonra qaz xətləri, səhiyyə ocaqları, məktəblər - onların hamısı regional inkişaf proqramında nəzərdə tutulmuş məsələlər idi. Biz növbəti illərdə fəaliyyətimizi plan üzrə davam etdirəcəyik və kifayət qədər vəsait də nəzərdə tutulur".

Ölkə başçısı iyulun 8-də Zaqatalada süd emalı zavodunun, "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmiş, eləcə də rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Yeri gəlmişkən, Zaqatala süd emalı zavodu ölkədəki beş süd emalı müəssisəsindən biridir. Onun tikintisində məqsəd rayonda kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır.

İyulun 8-də Balakəndə də olan ölkə başçısı rayon mərkəzi xəstəxanasının yeni binasının, gömrük-sərhəd buraxılış məntəqəsinin, Olimpiya idman kompleksinin, "Qubek" mehmanxanasının açılışında, "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, "Balakən-1" su elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu stansiya rayonun elektrik enerjisinə tələbatının 20 faizini ödəyəcəkdir.

Balakən Gömrük-Sərhəd Məntəqəsi ölkəmizə idxal olunan avtomobillərin "Avro-2" standartlarına uyğunluğunu yoxlayan cihaz, idxalixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi ilə təchiz olunmuşdur. Gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilir. Burada sanitar-karantin, fitosanitarbaytar nəzarəti xidməti də var. Quraşdırılmış xüsusi monitorlarda Tovuz, Xaçmaz, Sınıqkörpü gömrük-sərhəd buraxılış məntəqələrindəki vəziyyəti izləmək də mümkündür.

Prezident İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri zamanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd orta məktəbi ilə tanış olmuşdur. Sonra isə "Samur" gömrük buraxılış məntəqəsinin açılışında, eləcə də "Qusar-1" su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

"Samur" gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqlarla təmin edilmişdir. Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir. Qeyd edək ki, məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan verir.

Dövlət başçısı Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə də tanış olmuşdur. Qeyd edək ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi mərhələli şəkildə həyata keçiriləcəkdir. İlkin mərhələdə kompleksdə vacib kommunikasiya xətləri çəkiləcək, xizək yolları, süni gölqar avadanlığı quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra kompleksə gələn yolun salınması və kommunikasiya xətlərinin çəkilməsi, tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Xatırladaq ki, ölkə başçısının 6 aprel 2010-cu il tarixli "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı ölkəmizdə turizmin kompleks inkişafına hesablanmış mühüm əhəmiyyətli sənəd olmuşdur. Bölgələrdə iri turizm obyektlərinin tikintisi sahibkarlığın inkişafına da böyük töhfələr verəcəkdir. Prezident İlham Əliyev Qusar rayon ictimaiyyəti ilə görüşündə bildirmişdir: "Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm obyekti tikilməkdədir. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni yerləri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.

Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir. Rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!"

Göründüyü kimi, regionların tarazlı və davamlı inkişafı sahəsində görülən kompleks tədbirlər bugünkü iqtisadi uğurlarımızı şərtləndirmişdir. Bu isə deməyə əsas verir ki, qarşıdakı illərdə də qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi bölgələrimizin daha sürətli tərəqqisinə gətirib çıxaracaqdır.

 

 

Azərbaycan.- 2010.- 14 avqust.- S. 1.