"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1050-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə"nin 3-cü maddəsinin 1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə"nin 3-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndinə uyğun olaraq "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə"nin 3-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanın müəyyən edilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il

 

Azərbaycan.- 2010. -14 avqust.- S.  1.