“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 971-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddə 969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5, maddə 393; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 287 və 288 nömrəli, 2 iyul tarixli 291 nömrəli fərmanları) aşağıdakı əlavələr edilsin:

1.1. 3.2-ci bənddə “64-68-ci,” sözlərindən sonra “68-8.1-ci,” sözləri əlavə edilsin;

1.2. 3.67-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.68-ci bənd əlavə edilsin:

“3.68. həmin Məcəllənin 68-6-cı, 68-7-ci, 68-8.2-ci və 68-9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi baxır.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 avqust 2010-cu il.

 

Azərbaycan.- 2010.- 14 avqust.- S. 1.