Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova

 

Hörmətli İslam Abduqəniyeviç!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Özbəkistan münasibətləri əsrlər boyu bir-birinə qırılmaz tellərlə bağlı olmuş xalqlarımızın istək və iradəsindən qaynaqlanır. Əminəm ki, qarşılıqlı etibar və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, çoxşaxəli dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına sülhrifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 avqust 2010-cu il

 

Azərbaycan.- 2010.- 1 sentyabr.- S.  1.