Niderland Krallığının Azərbaycanda
yeni təyin olunmuş
səfiri etimadnaməsinin surətini xarici
işlər nazirinə təqdim etmişdir
Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 31-də Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşmüşdür.
Etimadnamənin surətini nazirə təqdim edən A.Uyterlinde ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir fəaliyyəti dövründə Niderland-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.
Elmar Məmmədyarov ölkəmizə səfir
təyin olunması münasibətilə holland
diplomatı təbrik etmiş və
işlərində müvəffəqiyyətlər
arzulamışdır.
Azərbaycan.- 2010.- 1 sentyabr.- S. 2.