Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın
inkişafı üçün geniş potensial vardır
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 31-də nazir Elmar Məmmədyarov Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Herber Kvelli ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən H.Kvelli Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayan diplomat fəaliyyəti dövründə Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsinə çalışacağını demişdir.
Nazir E.Məmmədyarov H.Kvellini yeni təyinatı münasibətilə təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.- 2010.- 1 sentyabr.- S. 2.