Vyetnam Sosialist
Respublikasının Prezidenti
zati-aliləri cənab
Nquyen Minh Çietə
Hörmətli cənab
Prezident!
Milli bayramınız
- Müstəqillik günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı,
dostluq və əməkdaşlıq əlaqələrimizin
genişlənməsi daim
xalqlarımızın rifahına
töhfələr verəcəkdir.
Bu xoş
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Vyetnam xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 avqust 2010-cu il
Azərbaycan.- 2010.-2
sentyabr.- S. 1.