Azərbaycanda səfərdə olan gürcüstanlı yeniyetmələr Heydər Əliyev Fondunu ziyarət etmişlər

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun birgə təşəbbüsü ilə mədəni proqram çərçivəsində hər iki ölkənin valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən yeniyetmələrin qarşılıqlı səfərləri həyata keçirilir.

Sentyabrın 1-də Gürcüstandan Azərbaycana gələn 20 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir. Yeniyetmələr buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

Bildirilmişdir ki, ekspozisiyada toplanan maraqlı fotolareksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

Ulu öndərin şəxsi arxivindən götürülmüşonun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarından söhbət açan və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

Gürcüstanlı yeniyetmələr səfər çərçivəsində Azərbaycanın təbiəti və regionlarının həyatı ilə daha yaxından tanış olacaq, tarixi yerlərə səyahət edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 3.