Mərkəzi Seçki
Komissiyası Bakı və Abşeron rayonlarında
ixtisaslaşdırılmış kurslara
başlamışdır
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar sentyabrın 1-dən 3-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.
Kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulmuşdur.
Üç gün davam edəcək kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında mühazirələr oxuyacaq, "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda seminarlar təşkil olunacaq, mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.
Sentyabrın 1-də 8 saylı Binəqədi birinci seçki dairəsində kurslar əvvəlcədən nəzərdə tutulmuş yerdə təşkil olunmuşdur. Kursda dairə seçki komissiyasının tabeçiliyində olan 36 məntəqənin hamısının sədrləri və DSK üzvləri iştirak etmişlər. Kursda məruzələr oxumuş, məntəqə seçki komissiyalarının sədrlərinə seçici siyahılarının tərtibi, yeri və beynəlxalq müşahidəçilər, eləcə də namizədlərin səlahiyyətli nümayəndələri ilə işin təşkili barədə ətraflı məlumat verilmişdir.
9 saylı Binəqədi ikinci seçki dairəsində də kurslar uğurla başlamışdır. Rayon icra hakimiyyəti başçısının müavini, rayon məhkəməsinin sədri və başqaları çıxış etmişlər.
10 saylı Binəqədi üçüncü seçki dairəsində təşkil olunmuş kursda da 34 məntəqə sədri və DSK üzvləri iştirak etmişlər.
11 saylı Qaradağ seçki dairəsi üzrə 32 məntəqə fəaliyyət göstərir. Bu dairədə təşkil olunmuş kurslarda DSK üzvləri və məntəqə sədrlərinə seçki hüququnun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları, eləcə də məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə məlumatlar verilmişdir.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində kursların ilk günündə seçici siyahılarının tərtibi, bu sahədə işin təşkili, seçkiqabağı təşviqatın aparılması və s. mövzularda məruzələr dinlənilmişdir.
Qeyd edək ki, bu dairə üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərir. Sonda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülən işlər barədə müzakirələr aparılmış, məntəqə seçki komissiya sədrlərinin sualları cavablandırılmışdır.
Xəzər rayonu ərazisindəki dairə seçki komissiyaları da kurslara uğurla başlamışlar.
13 saylı Xəzər birinci seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, dairə üzrə 33 məntəqə vardır. Bugünkü kursda MSK üzvü Fuad Cavadov, dairənin sədri Mütəllim Balaqardaşov çıxış edərək kursların əhəmiyyətindən danışmış, qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
14 saylı Xəzər ikinci seçki dairəsində daimi əsaslarla fəaliyyət göstərən 36 seçki məntəqəsinin sədrləri və DSK üzvləri kurslarda fəal iştirak etmişlər. Kurslarda seçki qanunvericiliyinin müddəaları, seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı məsləhətlər verilmişdir.
Yasamal rayonunda
da seçkilərə ciddi hazırlıq gedir.
15 saylı
Yasamal birinci seçki dairəsi dairə seçki
komissiyasının üzvləri və katibləri, eləcə
də məntəqə seçki komissiyalarının sədrləri
kurslarda fəal iştirak etmişlər. Kursun ilk
günündə MSK-nın hüquq şöbəsinin
müdiri İradə Hacıyeva çıxış edərək
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların əhəmiyyətindən
danışmış, DSK üzvlərinin və məntəqə
seçki komissiyalarının sədrlərinin
suallarını cavablandırmışdır.
16 saylı Yasamal ikinci
seçki dairəsindəki 29 məntəqənin sədrləri
dairə seçki komissiyasının üzvləri və
katibləri ilə birlikdə kurslarda fəal iştirak
etmiş, seçki hüququ və onun təminatının
qanunvericilik əsasları, aşağı seçki
komissiyaları və məhkəmələr tərəfindən
seçki hüququnun qorunması mexanizmləri ilə
bağlı biliklərə yiyələnmişlər.
İxtisaslaşdırılmış
kursların birinci günündə 17 saylı Yasamal
üçüncü seçki dairəsi dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün seçici siyahıları ilə işin
aparılması, seçkiqabağı təşviqatın təşkilinə
şəraitin yaradılması və digər məsələlər
barədə məruzələr oxunmuşdur.
18 saylı Nərimanov-Nizami
seçki dairəsində dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri üçün
təşkil olunmuş kurslarda MSK üzvü Tamam Cəfərli,
Nərimanov Rayon İcra Hakimiyyətinin və rayon məhkəməsinin
nümayəndələri iştirak etmişlər.
Bu dairədə
28 seçki məntəqəsi fəaliyyət göstərir.
19 saylı Nərimanov
birinci seçki dairəsində də dairə seçki komissiyalarının
üzvləri və 31 seçki məntəqəsinin sədrlərinin
iştirakı ilə kurslara başlanmışdır.
20 saylı Nərimanov
ikinci seçki dairəsində dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri də
ixtisaslaşmış kurslarda seçki hüququ, seçici
siyahılarının tərtibi, müşahidəçilərlə
işin təşkili və sair mövzularda biliklər əldə
etmişlər.
21 saylı Nəsimi
birinci seçki dairəsindəki dairə seçki
komissiyasının üzvləri və katibləri, dairədə
fəaliyyət göstərən 29 məntəqənin sədrləri
kurslarda fəal iştirak etmişlər.
DSK sədri Məshəti
Ağayeva demişdir ki, 118 saylı Ağdam şəhər
seçki dairəsinin bir məntəqəsinin üzvləri
də kurslarda iştirak etmişlər.
22 saylı Nəsimi
ikinci seçki dairəsində 30 seçki məntəqəsi
vardır. Bu
gün DSK üzvləri ilə yanaşı məntəqə
seçki komissiyalarının sədrləri seçki
hüququ, səsvermənin təşkili, müşahidəçilərlə
işin qurulması, seçici siyahıları və s.
mövzularda məlumatlar əldə etmişlər.
23 saylı Nəsimi-Səbail
seçki dairəsi dairə seçki komissiyasında da
kurslar vaxtında başlamışdır. Dairə
üzrə mövcud olan 29 məntəqənin sədrlərinin
hamısı, eləcə də DSK üzvləri mühazirə-seminarlarda
fəal iştirak etmişlər.
24 saylı Nizami birinci
seçki dairəsində keçirilmiş kursda isə dairənin
əhatə etdiyi 29, 124 saylı
Şuşa-Füzuli-Xocalı-Xocavənd Seçki Dairəsinin
nəzdində olan 13 seçki məntəqəsinin sədrləri
iştirak etmişlər.
25 saylı
Nizami ikinci seçki dairəsində dairə seçki
komissiyasının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar işə
başlamışdır. Kursda 32 məntəqə
seçki komissiyasının sədri, dairə seçki
komissiyasının 6 üzvü, 2 katibi iştirak etmişlər.
26 saylı
Sabunçu birinci seçki dairəsində
ixtisaslaşdırılmış kurslara
başlanmışdır. Dairə seçki
komissiyasından bildirmişlər ki, üç gün davam
edəcək kurs və seminarlarda dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri iştirak edəcəklər.
Tədbirlərdə rayon icra hakimiyyətinin, məhkəmə
və polis orqanlarının nümayəndələri
mühazirə ilə çıxış edəcəklər.
Bu seçki dairəsində 32 daimi məntəqə
fəaliyyət göstərir.
27 saylı
Sabunçu ikinci seçki dairəsində fəaliyyət
göstərən 31 seçki məntəqəsinin sədrləri
ixtisaslaşdırılmış kurslara həvəslə
qatılmışlar. Bu dairədə təşkil olunmuş kursda dairə
seçki komissiyasının üzvlərinə və məntəqə
sədrlərinə Milli Məclisə seçkilərə
hazırlıq, seçici siyahılarının tərtibi,
seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət
və digər məsələlər barədə məlumatlar
verilmişdir.
28 saylı
Sabunçu üçüncü seçki dairəsində də
kurslar mütəşəkkil başlanılmışdır. Dairə seçki
komissiyasının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri seçki
hüququ üzrə ixtisaslaşdırılmış
kurslarda seçki qanunvericiliyinin tələbləri ilə bir
daha yaxından
29 saylı Səbail
seçki dairəsində təşkil olunmuş kurslarda
MSK-nın, rayon icra hakimiyyətinin və rayon məhkəməsinin
nümayəndələrinin
çıxışlarını DSK üzvləri, məntəqə
seçki komissiyalarının, habelə, qaçqın və
köçkün rayonlarının seçki məntəqələrinin
sədrləri dinləmişlər. Kursların ilk
günündə seçki hüququ və onun təminatı,
aşağı seçki komissiyaları və məhkəmələr
tərəfindən seçki hüququnun qorunması mexanizmləri
və s. barədə geniş söhbət
açılmış, məntəqə seçki
komissiyaları sədrlərinin sualları
cavablandırılmışdır. Bu dairə
üzrə 30 seçki məntəqəsi fəaliyyət
göstərir.
30 saylı
Suraxanı birinci seçki dairəsi dairə seçki
komissiyasının üzvləri və dairədə fəaliyyət
göstərən 26 məntəqənin sədrləri
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslara fəal
başlamışlar. Kursların 1-ci günündə MSK
üzvü İlham Məmmədov çıxış edərək
seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların əhəmiyyətindən
danışmış, DSK üzvlərinin və məntəqə
seçki komissiyalarının sədrlərinin
suallarını cavablandırmışdır.
31 saylı
Suraxanı ikinci seçki dairəsində 27 məntəqə
fəaliyyət göstərir. Kurslarda məntəqələrin
sədrləri və dairə seçki komissiyasının
üzvləri iştirak etmişlər.
32 saylı
Suraxanı üçüncü seçki dairəsi dairə
seçki komissiyasında da kurslar nəzərdə
tutulmuş plan üzrə keçirilir. Dairədə
daimi əsaslarla fəaliyyət göstərən 28, müvəqqəti
əsaslarla işləyən 1 seçki məntəqəsi
vardır.
33 saylı Xətai birinci
seçki dairəsinin dairə seçki komissiyasında
DSK-nın üzvləri, katibləri, bu dairədə daimi əsaslarla
fəaliyyət göstərən 33 məntəqə
seçki komissiyası sədrlərinin iştirakı ilə
keçirilmiş kursda rayon icra hakimiyyətinin, rayon məhkəməsinin
rəhbərləri məruzə ilə çıxış
etmiş, Milli Məclisə növbəti seçkilərin
şəffaf, azad və demokratik keçirilməsi
üçün bütün şəraitin
yaradıldığını bildirmiş, seçki
qanunvericiliyi barədə sualları cavablandırmışlar.
34 saylı Xətai
ikinci seçki dairəsinin dairə seçki
komissiyasının üzvlərinin, katiblərinin və 33 məntəqə
sədrinin iştirakı ilə kurslar keçirilmişdir. 122 saylı
Xankəndi seçki dairəsi dairə seçki
komissiyasının üzvləri və həmin dairədə
fəaliyyət göstərən 9 məntəqənin sədrləri
də bu kurslarda iştirak etmişlər.
35 saylı Xətai
üçüncü seçki dairəsinin dairə
seçki komissiyasında da seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurs keçirilmişdir. Bugünkü
kursda Milli Məclisə keçiriləcək seçkilərə
hazırlıq, səslərin hesablanması və nəticələrin
rəsmiləşdirilməsi, seçki hüququ və onun təminatının
qanunvericilik əsasları barədə
danışılmışdır.
36 saylı Xətai
dördüncü seçki dairəsinin dairə seçki
komissiyasında seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurs keçirilmişdir.
Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulmuş kursda rayon icra hakimiyyətinin, polis idarəsinin səlahiyyətli şəxsləri seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətlərinin qarşılıqlı təşkili, siyasi partiyaların və blokların seçkilərdə iştirakının əsasları, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri barədə ətraflı məlumat vermişlər.
45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında kursların ilk günündə seçki hüququnun təminatının qanunvericilik əsasları, seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması mövzularında məruzələr dinlənilmiş, seminar keçirilmişdir.
Abşeron 45 saylı seçki dairə seçki komissiyasının tərkibində 33 seçki məntəqəsi fəaliyyət göstərir.
Kurslar sentyabrın
2-də davam etdiriləcəkdir.
Qeyd edək ki,
MSK 2007-ci və 2009-cu illərdə də Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamının
icrası ilə əlaqədar aşağı seçki
komissiyalarının üzvləri üçün seçki
hüququ üzrə ixtisaslaşdırılmış kurslar
keçirmişdi.
Cari il
avqustun 23-dən 29-dək isə Mərkəzi Seçki
Komissiyasında dairə seçki komissiyalarının sədrləri
üçün ixtisaslaşdırılmış kurslar
keçirilmişdir.
Kursların
sonunda DSK sədrləri Bakı və Abşeron rayonlarında
təcrübə mübadiləsi aparmış, onlara sertifikatlar
verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 5.