Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-3 sentyabr.- S. 4.