Şəhidlərin xatirəsinə ehtiram

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.

Rusiyanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 4.