Dağıstanın və İnquşetiyanın prezidentləri Təzəpir məscid kompleksi ilə tanış olmuşlar

 

AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovİnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov sentyabrın 2-də Təzəpir məscid kompleksində olmuşlar.

Əvvəlcə qonaqlar Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablarla tanış olmuşlar. Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovİnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov fəxri qonaqlar kitabına ürək sözlərini yazmışlar.

Qonaqlar jurnalistlərə müsahibələrində bildirmişlər ki, onlar Bakıya Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində gəlmişlər. Dağıstan və İnquşetiyanı Azərbaycan ilə qədim dostluq, yaxın qonşuluq münasibətləri, dini əlaqələr bir-birinə bağlayır. Hazırda bu əlaqələr iqtisadi, mədəni və digər sahələrdə getdikcə artmaqdadır. Biz Azərbaycanla kənd təsərrüfatı, turizms. sektorlarda əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik.

Maqomedsalam MaqomedovYunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsindəki xidmətlərini qeyd etmişlər.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovİnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov arasında görüş olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 4.