Ali qonağın şərəfinə

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 - Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli Svetlana Vladimirovna!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Dmitri Anatolyeviç, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox şadıq. Biz çox şadıq ki, son vaxtlar bu, Rusiya Prezidentinin Azərbaycana artıq üçüncü səfəridir. Mən də Rusiyada çox tez-tez oluram. Münasibətlərimizin bu cür dinamik inkişafı ölkələrimizin necə sıx qarşılıqlı fəaliyyət göstərməsinin əyani sübutudur. İkitərəfli məsələləri, regional problemləri müzakirə etmək, yetərincə geniş, bir çox sahələri əhatə edən münasibətlərimizin gündəliyinə nəzər salmaq üçün həmişə yaxşı səbəb vardır. Ən sevindirici hal isə budur ki, hər yeni görüşümüz, praktiki olaraq hər səfər münasibətlərimizdə yeni səhifə açır.

Münasibətlərimiz çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır. Bu, bizim üzərində dostluq, bərabərhüquqlu qonşuluq münasibətlərimizi qurduğumuz möhkəm təməldir. Biz çox fəal siyasi dialoq aparırıq. Biz regional məsələlərdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Demək olar ki, regional xarakterli bütün məsələlərə dair baxışlarımız üst-üstə düşür, biz vahid mövqedən çıxış edirik. Çox ümid edirik ki, münasibətlərimizdə mövcud olan müsbət meyillər möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizin səfəriniz çərçivəsində, hörmətli Dmitri Anatolyeviç, siyasiiqtisadi xarakterli mühüm sənədlər imzalanacaqdır. Onlar gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə və bütün istiqamətlərdə inkişafına xidmət edəcəkdir. Biz çox şadıq ki, bu il iqtisadiyyatda böhranlı 2009-cu ilin mənfi meyillərini düzəldə bildik. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Əminəm ki, artım davamlı olacaqona gətirib çıxaracaqdır ki, iqtisadi münasibətlərimiz çox keyfiyyətli və çoxplanlı olacaqdır. Əmtəə dövriyyəsinin strukturu yaxşılaşır və bu gün biz qarşılıqlı ticarətin birmənalı şəkildə böyük artımına səbəb olacaq layihələr üzərində işləyirik.

Biz təhlükəsizlik, regional əməkdaşlıq məsələlərində birgə fəaliyyət göstəririk. Biz qonşuyuq. Biz dənizdə də, quruda da qonşuyuq. Rusiya və Azərbaycan iki Xəzəryanı ölkədir, iki Qafqaz ölkəsidir. Əlbəttə, regionumuzda baş verənlər bizi narahat edir və həyəcanlandırır. Biz regionumuzda potensialmövcud riskləri azaltmaq üçün çox fəal, səmərəli və səmimi işləyirik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da gündəliyimizin ayrılmaz hissəsidir. Mən, Dmitri Anatolyeviç, bu prosesdə fəal iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin iştirakınızla Azərbaycan və Ermənistan rəhbərlərinin artıq altı görüşü keçirilmişdir. Moskvada münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, qətnamələr və beynəlxalq təşkilatların qərarları əsasında həllini müəyyən edən mühüm bəyannamə imzalanmışdır. Ümidvaram ki, Sizin fəal vasitəçilik missiyanız davam etdiriləcəkdir və biz müsbət nəticələrə nail olacağıq.

Bu gün humanitar sahədə də fəal qarşılıqlı münasibəti qeyd etmək istərdim. Zənnimcə, bu istiqamətdə ölkələrimiz arasında münasibətlər qonşular və əsrlər boyu yanaşı yaşayan xalqlar arasında münasibətlərə nümunə ola bilər. Bu il biz Bakıda çox mühüm və mötəbər Rusiya-Azərbaycan ictimai forumunu keçirdikonu illik Bakı beynəlxalq humanitar forumuna çevirmək barədə qərar qəbul edilmişdir. Bildiyiniz kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət göstərilir. Ölkəmizdə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb vardır, sovet dönəmindəkindən də xeyli artıq dövri nəşrlər dərc olunur, Rusiya Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi, MDU-nun filialı fəaliyyət göstərir. Bütün bunlar bizi zənginləşdirir. Bütün bunlar münasibətlərimizin mühüm amilidir. Siyasi münasibətlərimiz, iqtisadi əlaqələrimiz, mənafelərimizin uyğunluğu necə olursa-olsun, münasibətlərimiz humanitar tərkibsiz natamam olardı. Mənə çox xoşdur ki, Rusiyada da, Azərbaycanda da irsimizə çox qayğıkeş münasibət vardır. Rusiyadakı Azərbaycan icması və Azərbaycandakı rus icması dövlətlərimizin tamhüquqlu vətəndaşlarıdırlar. Onlar da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verirlər.

Dmitri Anatolyeviç, Svetlana Vladimirovna, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaqbu badəni Sizin sağlığınıza, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi şərəfinə qaldırmaq istəyirəm.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 4.