Braziliya Federativ
Respublikasının Prezidenti zati-aliləri
cənab Luis İnasiu
Lula da Silvaya
Hörmətli cənab Prezident!
Braziliyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan-Braziliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 avqust 2010-cu il
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 1.