Doktorantlara, ali təhsil,
orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinə və şagirdlərinə verilən
təqaüdlərin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Dövlət büdcəsinin
vəsaiti hesabına təhsil alan
doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və
şagirdlərinə dövlət
qayğısını artırmaq
və onların sosial müdafiəsini daha da gücləndirmək
məqsədilə qərara
alıram:
1. Dövlət
büdcəsinin vəsaiti
hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və
ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələri və
şagirdləri üçün
müəyyən edilmiş
təqaüdlərin məbləği
artırılaraq aşağıdakı
məbləğlərdə müəyyən edilsin:
1.1. Doktorantlara
- 100 manat
1.2 Ali təhsil
müəssisələrində:
adlı təqaüd
alan tələbələrə
-100 manat
magistr pilləsi
üzrə:
əla qiymətlərlə
oxuyan tələbələrə
- 85 manat
əla və yaxşı qiymətlərlə
oxuyan tələbələrə
- 70 manat
yaxşı-kafi qiymətlərlə
oxuyan tələbələrə
- 45 manat
bakalavr pilləsi
üzrə:
əla qiymətlərlə
oxuyan tələbələrə
- 80 manat
əla və yaxşı qiymətlərlə
oxuyan tələbələrə
- 65 manat
yaxşı-kafi qiymətlərlə
oxuyan tələbələrə
- 40 manat
1.3 Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə
oxuyan tələbələrə
- 40 manat
əla və yaxşı qiymətlərlə
oxuyan tələbələrə
- 35 manat
yaxşı-kafi qiymətlərlə
oxuyan tələbələrə
- 30 manat
1.4 İlk
peşə-ixtisas təhsili
müəssisələrinin şagirdlərinə - 30 manat
2. Təqaüdlərin
ödənilməsi dövlət
büdcəsində həmin
məqsədlər üçün
nəzərdə tutulmuş
vəsait hesabına həyata keçirilsin.
3. "Aspirantlara,
ali, orta ixtisas və peşə məktəblərinin
və peşə liseylərinin tələbələrinə
və şagirdlərinə
verilən təqaüdlərin
artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 12
sentyabr tarixli 3042 nömrəli sərəncamının
1-ci bəndi qüvvədən
düşmüş hesab
edilsin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
5. Bu sərəncam
2010-cu il sentyabrın
1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 1.