Azərbaycan Prezidenti
İlham Əliyev Niderlandın ölkəmizdə
yeni təyin olunmuş
səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Arjen Peter Uijterlinde etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı səfir
Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik
fəaliyyəti dövründə
Azərbaycan ilə Niderland Krallığı
arasında ikitərəfli
münasibətlərin bundan
sonra da uğurla inkişaf edəcəyinə ümidvar
olduğunu bildirdi. Azərbaycan Respublikasının
Niderland Krallığı
ilə münasibətlərin
inkişafında maraqlı
olduğunu deyən Prezident İlham Əliyev bunun üçün yaxşı
potensialın olduğunu
qeyd etdi. Hər iki ölkədə
tam həcmdə diplomatik
nümayəndəliklərin fəaliyyət göstərməsinin
önəmini vurğulayan
dövlət başçısı
ikitərəfli layihələrə
biznes ictimaiyyətinin
də böyük maraq göstərdiyini dedi. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli
əlaqələrimizin tərkib
hissələrindən biri
olduğunu vurğulayan
Prezident İlham Əliyev münasibətlərimizin
bir çox sahələri əhatə
edəcəyinə əminliyini
ifadə etdi.
Səfir Arjen Peter Uijterlinde Niderland Kraliçası Ülyahəzrət Beatriksin
ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı. Arjen
Peter Uijterlinde son illər
ikitərəfli münasibətlərimizin
inkişafında böyük
tərəqqinin müşahidə
olunduğunu, qarşılıqlı
səfərlərin artdığını
dedi.
Dövlətimizin başçısı Niderland
Kraliçası Ülyahəzrət
Beatriksin ən xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da ən xoş
arzularını Kraliçaya
və ölkəsinin
liderlərinə çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 7 sentyabr.- S.1.