Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Avropa İttifaqının nümayəndə heyəti ilə görüşmüşdür

 

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə cari il noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 3.