Bakı, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

1. İman Məmməd oğlu Nağıyev Bakı Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Rafiq Uğuz oğlu Məmmədov Gəncə Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

3. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S.  3.