Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinin bir sıra hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Abbasov Qurban Rəşid oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi

Abdullayev Vəli Əsgər oğlu - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi

Allahverdiyeva Ramella Allahverdi qızı - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi

Ataşova Raziya Hüseyn qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi

Həsənov Allahverən Məhərrəm oğlu - Şuşa Rayon Məhkəməsinin hakimi

Hüseynov Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi

Hüseynov Salman Bilal oğlu - Gəncə Hərbi Məhkəməsinin hakimi

Hüseynov Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Abdullayev Vəli Əsgər oğlu - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin.

Hüseynov Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin sədri təyin edilsin.

Hüseynov Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-8 sentyabr.- S. 3.