Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 9, maddə 539; 2006-cı il, ¹ 2, maddə 82; 2008-ci il, ¹ 3, maddə 168, ¹  8, maddə 713; 2009-cu il, ¹  7, maddə 532) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması onların həlli qaydaları haqqında Əsasnamə"nin 31-ci bəndində "sisteminə" sözündən sonra " Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹  11, maddə 795; 2004-cü il, ¹  1, maddə 19; 2007-ci il, ¹  8, maddə 765; 2008-ci il, ¹ 3, maddə 168, ¹  8, maddə 722; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinin üçüncü abzasında "Giriş-çıxış qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə" sözləri "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹  8, maddə 493; 2008-ci il, ¹  3, maddə 168; 2009-cu il, ¹  1, maddə 11, ¹  5, maddə 331, ¹  7, maddə 532, ¹  12, maddə 993) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları"na aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:

"13. İmmiqrant statusu əldə etmək üçün müraciət etmiş, immiqrant statusu verilmiş, habelə immiqrant statusu əldə etmək üçün müraciət etmiş, lakin rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir. ".

4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹  10, maddə 790; 2006-cı il, ¹  9, maddə 741; 2007-ci il, ¹  2, maddə 91; 2008-ci il, ¹  8, maddə 722) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.1-1-ci 29-cu bəndlər əlavə edilsin:

"8.1-1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən - Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə;";

"29. Dövlət Reyestri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə aşağıdakı məlumatlar təqdim edilir:

29.1. fərdi identifikasiya nömrələri (FİN);

29.2. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;

29.3. Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmuş yaxud nikahı ləğv edilmiş əcnəbilər vətəndaşlığı olmayan şəxslər haqqında;

29.4. qüvvədən düşmüş sənədlər haqqında;

29.5. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar. ".

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹  4, maddə 258, ¹  12, maddə 1058; 2009-cu il, ¹  2, maddə 75, ¹  7, maddə 532, ¹  8, maddə 618, ¹  10, maddə 776; 2010-cu il, ¹  2, maddə 88; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 291 nömrəli 9 avqust tarixli 312 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Giriş-çıxış qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər əlavələr edilsin:

5.1. 8.11-ci 8.14-cü bəndlər çıxarılsın;

5.2. aşağıdakı məzmunda 10.2.1.5-10.2.1.7-ci bəndlər əlavə edilsin:

"10.2.1.5. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər vətəndaşlığı olmayan şəxslər haqqında;

10.2.1.6. əcnəbilərin Azərbaycan Respublikasının ərazisində 30 günədək müddətdə olduğu yer (mehmanxana, kempinq, turist bazası ya digər bu kimi obyektlər) üzrə qeydiyyat haqqında;

10.2.1.7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılıq haqqında.";

5.3. 10.2.2.1-ci 10.2.2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"10.2.2.1. ölkəyə gələn ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti qeydiyyatı haqqında, o cümlədən əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin pasport viza məlumatları;

10.2.2.2. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqələr barədə; ";

5.4. 10.2.2.5-ci bənddə "cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş ya məhkum olunmuş" sözləri "məhkum olunmuş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan" sözləri ilə əvəz edilsin;

5.5. 10.2.2.8-ci bənd 10.2.2.19-ci bənd hesab edilsin həmin bənddə "miqrasiya proseslərinin idarə olunması" sözləri "miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi" sözləri ilə əvəz edilsin;

5.6. aşağıdakı məzmunda 10.2.2.8-10.2.2.18-ci bəndlər əlavə edilsin:

"10.2.2.8. sərhədkeçmə yoxlamasının, o cümlədən sərhədi keçən şəxslərin biometrik identifikasiyasının nəticələri haqqında;

10.2.2.9. sərhədkeçmə rejimini pozmuş, ölkə ərazisinə müxtəlif səbəblərdən buraxılmayan əcnəbilər haqqında;

10.2.2.10. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilmiş dənizçinin şəxsiyyət sənədi haqqında;

10.2.2.11. Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmüş əcnəbilər haqqında;

10.2.2.12. viza verilməsi ilə bağlı müvafiq sorğuların, viza əcnəbiyə dəvət əsasında verildikdə əcnəbini ölkəyə dəvət edən hüquqi ya fiziki şəxslər haqqında, habelə verilmiş vizalar barədə, o cümlədən onların müddətlərinin bitməsi haqqında;

10.2.2.13. Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri haqqında;

10.2.2.14. Azərbaycan Respublikası vətəndaşlarına verilmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaş, xidməti diplomatik pasportları haqqında;

10.2.2.15. Azərbaycan Respublikası vətəndaşlarının daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşayış yeri olduğu yer üzrə qeydiyyatı haqqında;

10.2.2.16. müvafiq vəsiqələrin, pasportların, vizaların digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi haqqında;

10.2.2.17. şəxsin başqa fərdi məlumatlarla pasport şəxsiyyət vəsiqəsi almaq, belə sənədlərdən istifadə etmək cəhdləri haqqında;

10.2.2.18. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış saxtalaşdırılmış pasportlar, vəsiqələr haqqında;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-8 sentyabr.- S. 3.