Heydər Əliyev Fondu
ilə ABŞ Konqresinin kitabxanası
arasında əməkdaşlığa dair
memorandumun imzalanması ilə
bağlı razılıq əldə olunmuşdur
Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaqdır.
Sentyabrın 7-də Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə ABŞ Konqresi kitabxanasının
direktoru Ceyms Billinqtonun başçılıq
etdiyi nümayəndə
heyətinin görüşü
zamanı bununla bağlı razılıq
əldə olunmuşdur.
Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində
Azərbaycanda əlyazmaların
rəqəmsal formata çevrilməsi üçün
birgə işlər aparılacaqdır. Bu əlyazmalar
dünya rəqəmsal
kitabxanasının saytında
yerləşdiriləcəkdir. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə biləcəkdir.
Azərbaycan.- 2010.- 8 sentyabr.- S.3.