AGRİ layihəsi regionumuzdaAvropada enerji əməkdaşlığı sahəsində yeni səhifə açacaqdır

 

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşü

 

 Sentyabrın 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev tədbir keçirilən binada Rumıniyanın və Gürcüstanın prezidentlərini, Macarıstanın Baş nazirini qarşıladı.

Dördtərəfli görüşün iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxış etdi.

 

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 1.