ABŞ-ın sabiq
müdafiə naziri Cənubi Qafqazın tarixini, mədəniyyətini öyrənmək
üçün regiona
səfər etmişdir
ABŞ-ın sabiq müdafiə naziri Vilyam Perri Cənubi Qafqazın tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənmək məqsədi ilə regiona səfərə gəlmişdir.
Sentyabrın 7-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Yenidenəqurmadan 25 il sonra postsovet ölkələrində baş verən dəyişikliklər" mövzusunda mühazirə oxuyan V.Perri ölkəmizdəki inkişafı xüsusi vurğulamışdır.
Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi və mədəni sahələrdə mübadilə aparılmalıdır, - deyən V.Perri ölkəmizdəki yeniliklərdən də danışmışdır. Onun sözlərinə görə, Azərbaycanda Diplomatik Akademiyanın yaradılması özü böyük uğurdur. Çünki elmi mərkəzlər, təhsil ocaqlarının inkişafı həmin dövlətin gələcəyindən xəbər verir.
Regionda baş verən proseslərə də münasibət bildirən sabiq müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. O demişdir ki, Ermənistan ilə Azərbaycan arasında narazılıq uzun müddətdir ki, davam edir və danışıqlar aparılır. Bu problemlərin həlli vacibdir və biz bu prosesin sülh yolu ilə həllinin tərəfdarıyıq.
ADA-nın rektoru Hafiz Paşayev
qeyd etmişdir ki, sovet imperiyası
dağıldıqdan sonra Azərbaycan da keçmiş sovet respublikaları kimi
çətinliklərlə üzləşmişdir. Müstəqlliyinin
ilk illərində 20 Yanvar
faciəsini və Dağlıq Qarabağ problemini yaşayan Azərbaycan
bu gün
dünyanın inkişaf etmiş
ölkələri ilə bir
sıradadır. V.Perri 1994-1997-ci illərdə
ABŞ-ın müdafiə naziri vəzifəsində
çalışmışdır. Hazırda Stanford
Universitetinin professorudur.
AzərTAc
Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 4.