Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfərə gəlmişdir

 

AzərTAc xəbər verir ki, Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Səfərin məqsədi Azərbaycan Respublikası ilə Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin Sədri Oqtay Əsədov, Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcəkdir.

Niderland Krallığı Senatının sədri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaqdır.

 

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 4.