Azərbaycan Prezidenti
İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olmuşdur.
Dövlətimizin başçısı Baş nazir Viktor Orbanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı, əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparmaq üçün səfərin yaxşı imkan yaratdığını dedi və səfər zamanı səmərəli müzakirələr aparılacağına əminliyini ifadə etdi.
Görüşdə AGRİ layihəsinin ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.
Söhbət zamanı Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından da əhəmiyyəti qeyd edildi, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.
AzərTAc
Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 2.