Son mənzilə
Sentyabrın 7-də milli ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti, professor Sərvər Soltan oğlu Qəniyev son mənzilə yola salınmışdır.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.
Mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının
Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət
təşkilatları və
müxtəlif kollektivlər
adından da əklillər düzülmüşdü.
Sərvər Qəniyevin həmkarları,
dostları, tanışları,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, mərhumun
yaradıcılığının pərəstişkarları axın-axın
akademiyanın binasına
gəlir, görkəmli
sənətkara və
gözəl insana son borclarını verirdilər.
Mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti
Fərhad Bədəlbəyli,
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov və professor Zöhrab Adıgözəlzadə çıxış
edərək bildirmişlər
ki, milli ifaçılıq məktəbinin
tanınmış nümayəndəsi
Sərvər Qəniyev
Azərbaycan xalqının
qədim tarixi köklərə malik musiqi ənənələrinin
layiqincə yaşadılmasında,
təbliğ edilməsində
əvəzsiz xidmətlər
göstərmişdir.
1937-ci il avqustun 5-də Bakı şəhərində
dünyaya göz açan
Natiqlər görkəmli
sənətkar, mahir pedaqoq və əsl ziyalı Sərvər Qəniyevin Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlərdən,
gənc musiqiçilərin
yetişməsinə göstərdiyi
böyük diqqət
və qayğıdan danışmışlar. Vurğulanmışdır
ki, sənətkar Azərbaycan bəstəkarları
ilə yanaşı, dünya klassiklərinin də əsərlərini
sevə-sevə ifa etmiş, öz orijinal ifa tərzi
ilə daim musiqisevərlərin rəğbətini
qazanmışdır.
S.Qəniyev 1971-1979-cu illərdə
Qahirə Konservatoriyasında
simli alətlər kafedrasının müdiri
vəzifəsində işləmiş
və eyni zamanda, Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində
qastrol səfərlərində
olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif
musiqi kollektivlərində
müvəffəqiyyətlə çalışırlar.
Milli mədəniyyətimizi
müxtəlif ölkələrdə
mahir ustalıqla təmsil etməklə, Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq
sənətinin təbliğində
böyük xidmətlər
göstərmişdir. O, ifaçılıq
sənətini pedaqoji
fəaliyyətlə uğurla
tamamlayan sənətkar
kimi musiqiçi kadrların yetişdirilməsində
də nailiyyətlər
əldə etmişdir.
Mərhumun ailəsi
adından çıxış
edən Toğrul Qəniyev atasının xatirəsinə göstərilən
hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirdi. O, Sərvər
Qəniyev sənətinin
bütün pərəstişkarlarına
və matəm mərasimində iştirak
edənlərə də
təşəkkürünü çatdırdı.
Sonra tələbələri, ailə üzvləri,
qohumları mərhumla vidalaşdılar.
***
Xalq artisti Sərvər Qəniyevin cənazəsi akademiyanın binasından qaldırılaraq, 2-ci Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq unudulmaz sənətkar Sərvər Qəniyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
AzərTAc
Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 5.