Tacikistan Respublikasının Prezidenti
zati-aliləri cənab
Emoməli Rəhmona
Hörmətli Emoməli
Şərifoviç!
Ölkənizin milli bayramı - Müstəqillik
günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Xalqlarımızı birləşdirən
ənənəvi dostluq
münasibətləri ölkələrimiz
arasında qarşılıqlı
faydalı əməkdaşlıq
üçün daim geniş imkanlar açır. Əminəm
ki, bu imkanlardan
səmərəli istifadə
olunması məqsədilə
bundan sonra da birgə səylər
göstərəcəyik.
Bu xoş
gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost Tacikistan
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 avqust 2010-cu il
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 1.