Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə
Komitəsinin sədri zati-aliləri cənab Kim
Çen İrə
Hörmətli cənab Sədr!
Milli bayramınız - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 avqust 2010-cu il
Azərbaycan.- 2010.-9
sentyabr.- S. 1.